Qazaxıstan Prezidenti Nursultan Nazarbayev yanvarın 16-da ABŞ-a səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Ev məlumat yayıb.
Həmin gün Nazarbayev amerikalı həmkarı Donald Trampla görüşəcək.
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda təhlükəsizlik və iqtisadi əlaqələrlə bağlı məsələlər müzakirə ediləcək.
Nazarbayevin səfərinin yanvarın 18-ə qədər davam edəcəyi və bir sıra görüşlər keçirəcəyi bildirilib.