Rusiya, Türkiyə və İran prezidentlərinin yeni üçtərəfli zirvə toplantısının keçirilməsi ehtimalı var.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı Kremlin sözçüsü Dmitri Peskov verib.
O bildirib ki, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani daim təmasdadır:
“Bu görüşlərdə Suriya böhranı ilə bağlı məsələlərin müzakirəsi ön planda olur”.