7 Fevral 2018 16:29
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin keçmiş deputatı Əhməd Təvəkküli jurnalistlərə açıqlamasında hakimiyyəti bürümüş korrupsiyadan, məcburi hicabdan və rejimin süqut təhlükəsi ilə üz-üzə qalmasından danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, hakimiyyət daxilində bəzi rəsmilərin tutduğu vəzifədən sui-istifadə etdiyini deyib.

Onun sözlərinə görə, ölkədə qanundan yayınma halları gündən-günə artır:

“Əgər hakimiyyəti bürümüş sistemli korrupsiyaya qarşı mübarizə aparılmasa, islam respublikası hökmən devriləcək, İran parçalanacaq. Buna misal da ölkədə baş verən son etirazlarda məscidlərə edilən hücumlardır. Bu hücumların bir mesajı var. İctimai problemlərə, o cümlədən də hicab məsələsinə gəldikdə isə, hesab edirəm ki, biz elə etməliyik ki, hicabla bağlı sıxıntılar nisbətən azalsın, qadınlar özlərini rahat hiss etsinlər. Rahat da namazlarını qılsınlar”.

Xatırladaq ki, bir müddət əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri Əli Xameneyiyə qarşı kütləvi etirazlar keçirilib. Etirazlarda Xamneyiyə, Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.


Müəllif: Samir

Oxşar xəbərlər