9 Fevral 2018 16:25
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası pozitiv, konstruktiv və işgüzar dialoq şəraitində keçib.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

H.Hacıyevin sözlərinə görə, iclasa Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə İttifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edib:

"Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat,enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

İclasda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfəri ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açıb və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib".

XİN rəsmisinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir-yol xətti və ümumiyyətlə, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına və Cənub Qaz Dəzlizi və bu xüsusda TAP layihəsinə Aİ-nin qəti dəstəyi bir daha ifadə olunub:

"Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub.

İclas nəticəsində razılıq əldə olunub ki, Təhlükəsizlik və Enerji məsələləri üzrə Avropa İttifaqı və Azərbaycan arasında dialoq mexanizmi təsis edilsin".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər