10 Fevral 2018 13:59
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Müsavat Partiyası Siyasi Şurasının iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən partiya sədri Hafiz Hacıyev qarşıdakı Azərbaycan Prezidenti seçkilərindən danışıb.

O qeyd edib ki, prezident seçkilərinin aprel ayında keçirilməsi qanunvericiliyə uyğundur: "Seçkilər ölkənin Konstitusiyasına uyğun keçiriləcək. Bəzi özlərini müxalif adlandıran, "Soros" və digər xarici qüvvələrdən, ermənilərdən maliyyələşən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Biz buna imkan verməyəcəyik".

Daha sonra iclasın gündəliyi təsdiqlənib. İclasın gündəliyinə əsasən Müasir Müsavat Partiyasından prezident seçkilərində namizədin irəli sürülməsi müzakirə edilib. Müzakirələrdən sonra partiya sədri H.Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təklif olunub.

Təklif səsə qoyulub və H.Hacıyevin Müasir Müsavat Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi qəbul olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər