Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib.
Partiyadan Teleqraf.com-a verilən məlumata görə, Ə.Əhmədov Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, fevralın 12-dən aprelin 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.