23 Fevral 2018 18:17
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev estoniyalı həmkarı xanım Kersti Kalyulayda təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər