Rusiya prezidenti Vladimir Putin ilə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Məlumata əsasən, söhbət zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.
Emmanuel Makron Şərqi Qutada hərbi əməliyyatlara son qoyulmasının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra edilməsinin vacibliyini vurğulayıb.