Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə Şevçenko adına parkın qarşısına yığışıblar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar Ukrayna Prezidenti Petro Poroşenkonun şair Taras Şevçenkonun abidəsi önündə əklil qoymasına mane olmağa çalışacaqlar.
Polis etirazçıların parka daxil olmasının qarşısını ala bilməyib.