10 Mart 2018 15:59
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrika səfəri çərçivəsində Keniyaya gələn ABŞ Dövlət katibi Reks Tillersonun səhhətində problem yaranıb.

Teleqraf.com xəbər verir ki, Tillersonun köməkçisi Stiv Qoldstein onun Keniyaya gəlməmiş ABŞ-da Şimali Koreya ilə bağlı gərgin işlədiyini və bu üzdən özünü yaxşı hiss etmədiyini qeyd edib. Buna görə də Keniya səfərinin ilk günündə panlaşdırılan görüşlər təxirə salınıb.

Açıqlamada Tillersonun səhhətində ciddi problemin olmadığı, təxirə salınan görüşlərin sonrakı gündə keçiriləcəyi qeyd edilib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Tillerson Afrika səfəri çərçivəsində bu gün Efiopiyadan Keniyaya gəlib. Tillerson bazar gününə qədər Nayrobidə müzakirələr aparacaq. Daha sonra Cənubi Afrika, Nigeriya, Cibuti və digər ölkələrdə olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər