15 Mart 2018 10:25
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Vaşinqton səfəri təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Xəbərdə deyilir ki, nazir Çavuşoğlunun martın 19-da Vaşinqtona planlaşdırılan səfəri təxirə salınıb.

Qeyd edək ki, bu tarixdə Türkiyə xarici işlər naziri Vaşinqtonda ABŞ dövlət katibi Tillersonla görüşməli idi. Eyni zamanda Ankara-Vaşinqton razılaşması əsasında iki ölkənin mütəxəssisləri arasında münasibətlərdəki problemlər və Menbiç məsələsi ilə bağlı ortaq müzakirələrin keçirilməsi gözlənilirdi.

Lakin ABŞ dövlət katibi Reks Tillersonun prezident tərəfindən istefaya göndərilməsi və onun yerinə Pompeonun gətirilməsi bu görüşü sual altına salıb.


Müəllif: Cavad

Oxşar xəbərlər