Vaşinqton Rusiyada keçiriləcək seçkilərə müdaxilə etmək niyyətindədir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Səfirlik ABŞ-ın bununla Rusiyadakı vəziyyəti gərginləşdirməyə çalışdığını deyib:
“Vaşinqton Krım məsələsini qabartmaqla Rusiyadakı seçicilərin fikrini yayındıqmaq istəyir. Ancaq onlar bununla heç nə edə bilməyəcəklər”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti dünən “Krım Ukraynanındır” başlıqlı bəyanat yayıb. Bəyanatda Rusiya Prezidenti Vladimir Putinin Krıma səfəri şərh edilib və Rusiya işğalçı adlandırılıb.