İran Rusiyaya elektrik enerjisi ixrac etmək üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, bunu İranın energetika naziri Reza Ardakanyan deyib.
“Artıq bu iki ölkə ilə danışıqlara başlamışıq”, - iranlı nazir bildirib.
Onun sözlərinə görə, İran Avropanın elektrik şəbəkəsinə qoşulmaq niyyətindədir: “Bu xətt şimal qonşularımızın – Azərbaycan və Ermənistan vasitəsilə qoşulmaq istəyirik”.