30 Avqust 2018 13:10
2 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv, yaxud müşahidəçi statusunda qatılması, işğal edilmiş ərazilərimizin geri qaytarılması ilə nəticələnməyəcək.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, KTMT-yə üzv olmamışdan əvvəl Rusiyadan ərazilərin boşladılması istiqamətdə təminatlar alınmalı,bu məslələr ictimai müzakirəyə çıxarılmalı və qərar verilməlidir:

“Lakin Rusiyanın Ermənistanın yeni hakimiyyətinin mərkəzdənqaçma siyasətinə görə cəza tədbirlərinə başlayacağını istisna etmirəm.

Bunu Azərbaycanın əli ilə etmək istəyirsə, ilk növbədə Qarabağ münaqişəsinə münasibətdə neytral qalmalı, Azərbaycan öz ərazilərini geri qaytarmaq səylərinə mane olmamalıdır. Rusiya müdaxilə etməsə, Azərbaycan ən qısa vaxtda öz torpaqlarını geri qaytarmağa qadirdi. Lakin Rusiya yenə oyun oynamağa çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər