2 Noyabr 2018 14:16
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı siyasi vəziyyət sabitləşməyənə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi müzakirə aparmaq mümkün olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyalı nazir qeyd edib ki, münaqişə tərəfləri arasında əldə edilmiş anlaşmaya (Azərbaycan və Ermənistan rəhbərlərinin Düşənbə görüşünü nəzərdə tutur) görə, müzakirələr davam etdirilməlir:

“Əlbəttə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri işləməyə hazırdır. Belə bir anlaşmanı xoş qarşılayırıq”.

Lakin Lavrov Ermənistandakı siyasi qeyri-sabitliyin müzakirələrin ciddi məcrada aparılmasına mane olduğunu bildirib: "Hərçənd Ermənistanda indi müşahidə etdiyimiz yetərincə gərgin daxili təbəddülatlar bitməyinədək bu böhranı aradan qaldırmaq, Dağlıq Qarabağ münaqişəsinin dolğun həllinin konkret variantlarına dair ciddi müzakirələr aparmaq çətin mümkün olsun”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər