6 Noyabr 2018 09:59
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana sanksiyalar mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspertin sözlərinə görə, sanksiya Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində çətinliklər yaradacaq:

“Azərbaycan üzərindən Rusiya-İran ticari-investisiya münasibətlərinə mənfi təsir göstərəcək. Eləcə də İranla-Azərbaycan arasında rəsmi iqtisadi əlaqələr zəifləyəcək. Lakin bu sanksiya İran mənşəli sərmayələrin və köçürmələrin Azərbaycan üzərindən həyata keçirilməsini stimullaşdırmaqla, Azərbaycan iqtisadiyyatına müsbət impulslar verəcək.

Xüsusilə də Azərbaycanın paytaxtı Bakı şəhərinin əmlak və kapital bazarına İrandan sərmayələr artacaq. Bu, təbii ki, torpaq, mülk, mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək, amma valyuta bazarında sabitləşdirici rol oynayacaq.

Bununla yanaşı, Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək, bir sözlə İrandan “qaçan” kapital Azərbaycanda bazar axtaracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər