13 Dekabr 2018 13:58
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal Pover təşkilatı dünya ölkələrinin hansı sayda qırıcı təyyarələrə sahib olduğu haqda siyahı tərtib edib.

Teleqraf.com xəbər verir ki, siyahıda yüzə yaxın ölkənin hərbi hava imkanları göstərilib.

Siyahıya görə, Qırğızıstan 6, Tacikistan 25, Gürcüstan 57, Ermənistan 64, Türkmənistan 74 hərbi qırıcıya malikdir. Siyahıda qeyd edilir ki, Azərbaycanın 135 döyüş təyyarəsi var.

Siyahıda Özbəkistanın 179, Belarusun 202, Qazaxıstanın 204, Ukraynanın 240, Suriyanın 460, İranın 505, İsrailin 596, Almaniyanın 714, İngiltərənin 832 qırıcısı olduğu qeyd olunur.

Qlobal Poverin siyahısında qeyd edilir ki, Türkiyənin 1056, Fransanın 1262, Pakistanın 1281, Yaponiyanın 1508, Hindistanın isə 2185 qırıcısı var.

Siyahıda qırıcı sayına görə, ilk üçlükdə Birləşmiş Ştatlar, Rusiya və Çin təmsil olunur.

Amerikanın 13 362, Rusiyanın 3914, Çinin isə 3035, hərbi təyyarəsi var.


Müəllif: Cavad