Təşkilatımızın artıq 26 yaşı var. Onun əsas məqsədi üzv və qonşu ölkələr arasında əməkdaşlığa töhfə verməkdir. Bildiyiniz kimi, təşkilat 1992-ci ildə yaradılıb. O vaxtın reallıqları tamamilə fərqli idi. İndi isə tamam fərqli reallıqlarla üzləşirik. Ona görə qarşımızda duran çağırışlara cavab vermək lazımdır. Bu baxımdan təşkilat çərçisində islahatların aparılması olduqca vacibdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri QDİƏT Baş katibi Maykl Kristides bildirib.
Bolqarıstan Xarici İşlər nazirinin müavini Emiliya Kraleva isə vurğulayıb ki, Bolqarıstan QDİƏT-ə sədrlik etdiyi vaxt təşkilata üzv ölkələrlə Avropa İttifaqı arasında münasibələrin inkişaf etdirilməsinə diqqət ayıracaq: "Biz, həmçinin təşkilat çərçivəsində artıq başladılan islahatları davam etdirəcəyik. Energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik".