14 Fevral 2019 20:28
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab prezident xaraktercə insanlara çox yaxındır. Sadə insanların duyğuları ona çox tanışdır. O, həmişə belə olub. Mən onun vaxtilə Moskva Beynəlxalq Münasibətlər İnstitutunda dərs dediyi rus tələbələrlə xaricdə söhbət etmişəm. Onlar cənab İlham Əliyevin pedaqoji məharətindən, insanlığından ağızdolusu danışırdılar.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, cənab İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətində işləyəndə, Milli Olimpiya Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının sədr müavini kimi hər zaman insanlara yaxınlığı ilə seçilib:

“Onun son dövrlərdə bir-birinin ardınca atdığı addımlar bir daha göstərir ki, Azərbaycanda sabitliyin kökündə dövlət-xalq birliyi, cənab prezidentin fəaliyyətinin xalq tərəfindən dəstəklənməsi durur. Cənab prezident öz fəaliyyəti ilə hamıya nümunədir. Onun dünən əsgərlərlə növbəti dəfə bir yerdə olması, birgə nahar etməsi, həmçinin sadə insanlarla birgə
“Azərbaycan” mahnısını oxuması çox gözəl rəhbərlik nümunəsidir. Mən deyərdim ki, bu gün həmin mahnının sözlərini hər bir azərbaycanlı bilməlidir, bilməyənlər utanmalıdır. Onlar cənab prezidentdən nümunə götürməlidir”.

A.Mirzəzadə bildirib ki, İlham Əliyev prezident kimi də hər zaman xalqa yaxın olub, hər zaman onun maraqları ilə yaşayıb:
“Onun şəhid ailələrinə diqqəti, minimum əmək haqlarının artırılmasına dair qərar qəbul etməsi, vaxtaşırı bölgələrə səfəri cənab prezidentin cəmiyyətdəki yüksək nüfuzundan, azərbaycançılıq, müstəqillik prinsiplərinin fəaliyyətimiz üçün həmişə yüksək önəm daşımasından xəbər verir”.

Səxavət Həmid


Müəllif: Teleqraf.com