Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə, həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.
Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən və inkişafından məmnunluqlarını ifadə ediblər.
Tərəflər, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.