18 Fevral 2019 17:24
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Belarus arasında ittifaqın qurulması məsələsi uzun zamandır bu iki dövlət arasında müzakirə olunur. Vladimir Putin və Aleksandr Lukaşenko arasında Soçidə keçirilən son görüşdə də ittifaq müqaviləsini müzakirə etdilər”.

Bunu Teleqraf.com-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Partiya sədri Belarus prezidentinin ölkəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərin təsadüfi olmadığını bildirib:

“Buna görə də Lukaşenkonun bu açıqlamasını əvvəldən mövcud olan müqavilənin qüvvəyə minməsi kimi başa düşürəm. Bu müqavilə də iki dövlətin birləşməsini nəzərdə tutur. Ola bilsin ki, bu müqavilənin təsdiq edilməsi məsələsi dövriyyəyə buraxılacaq. Amma tanıdığım qədər Aleksandr Lukaşenko manevr etmək bacarığı olan siyasətçidir. İstisna etmirəm ki, bu da Rusiyaya qarşı edilmiş bir manevrdir və bu, Rusiyanın aldadılmasına xidmət edir”.

Əli Əliyevin sözlərinə görə, Rusiyanın sovet müstəmləkəsini bərpa etmək planı hələ də qüvvədədir:

“Bu, yeni SSRİ, yaxud yeni imperiyanın yaradılması layihəsidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) planlaşdırılan imperiyanın hərbi qanadı, Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi isə iqtisadi dayaqlarıdır. Bunlar imperiya quruculuğunun mərhələləridir və müəllifi də Putindir. O, bu layihələrdən imtina etmiş kimi görünmür. Gedişlər onu göstərir ki, Rusiya “qırmızı imperiya”nı yenidən bərpa etmək istəyir. Buna görə də Putin ardıcıl hərəkət etmək niyyətindədir”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Rusiyaya birləşdirməyə hazır olduğunu bildirib. O, bu barədə Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra danışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər