ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger tezliklə Bakıya gələcək.
Bu barədə ABŞ səfirliyinin Mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.
Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib./Report/