Rusiya Prezidenti Vladimir Putin Nursultan Nazarbayevin Qazaxıstan Prezidenti vəzifəsindən istefa verməsinə ilk dəfə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri hökumət üzvləri ilə keçirdiyi görüşdə N.Nazarbayevə birgə işə görə təşəkkür edib və ona cansağlığı arzulayıb:
“Biz müttəfiqimizdə hansı siyasi hadisələrin baş verdiyini görürük. Ümid edirik ki, varislik, ənənlər təmin olunacaq. Nazarbayevin ən yüksək dövlət vəzifəsini tərk etməsi ilə bağlı deyə bilərəm ki, bizim birgə işimizə görə ona “çox sağ olun” demək üçün bütün əsaslarımız var”.