“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün gündəmi ilə bağlı mövqeyim dəyişməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, martın 29-da Vyanada (Avstriya) baş tutacaq görüşdə müxtəlif mövzuların müzakirə olunacağını bildirib:
“Müxtəlif mövzular müzakirə edilməlidir və müxtəlif mövzular ətrafında razılaşmağa çalışacağıq. Daha əvvəl verdiyim açıqlamalar ətrafında da müzakirələr olacaq”.
Paşinyan Çiçəklənən Ermənistan partiyasından olan deputat Naira Zöhrabyanın işğal altındakı Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda “tərəf” kimi iştirak etməsi ilə bağlı İrəvanın mövqeyinin dəyişməsi barədə iddiasına da cavab verib: “Mövqeyimiz dəyişməyib. Görüşdə bu məsələ də müzakirə olunacaq”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında növbəti görüş martın 29-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.