28 Mart 2019 20:00
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə qeyd etmək istəyirəm ki, yanğından və digər xoşagəlməz, bədbəxt hadisələrdən, təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Ancaq biz Azərbaycan nümunəsində görürük ki, dövlət bütün bu cür xoşagəlməz hallarda vətəndaşının yanındadır, onun hamisi kimi çıxış edir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

O qeyd edib ki, biz sonuncu belə nümunəni fevralın əvvəlində Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələ zamanı müşahidə etmişdik:

“Prezident İlham Əliyev bu cür hadisələrə dərhal, operativ qaydada reaksiya verir. Bununla bağlı tədbirlərin həyata keçirilməsinə birbaşa rəhbərlik edir. Bu gün isə Nizami rayonundakı ticarət mərkəzində baş verən yanğınla bağlı cənab prezidentin sədrliyi ilə müşavirə keçirildi. Dövlət başçısı bununla bağlı öz fikirlərini bildirdi, onlara dövlət yardımı ödənilməsinə dair tapşırıqlar verdi”.

A.Hüseynov qeyd edib ki, əslində əksər ölkələrdə bu zaman vəsait bütünlüklə sığorta şirkətləri tərəfindən ödənilir:

“Ancaq görürsünüzmü, cənab prezident bu məsələdə də sahibkarları tək qoymadı. Hər bir sahibkar da Azərbaycan vətəndaşıdır. Bu, vətəndaşa olan münasibətdir. Vətəndaşı dar gündə qoymamaq, ona yardımçı olmaq cənab İlham Əliyevin siyasətinin əsasında dayanır. Azərbaycan vətəndaşlarının marağı, onları narahat edən bütün məsələlər prezidentimizin diqqətindədir. Dəfələrlə sübut olunub ki, dövlət başçısı bütün bu kimi məqamlarda vətəndaşımızı tək qoymayıb. Dar gündə daim vətəndaşının, o cümlədən sahibkarın yanındadır. Sahibkarlığa həm dövlət dəstəyi, həm də siyasi dəstək var. Bu isə birbaşa sahibkarlara, dolayısıyla Azərbaycan vətəndaşına göstərilən dəstəkdir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər