1 Aprel 2019 15:28
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin fəaliyyətdəki sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə Bratislavada görüş keçirib.

Teleqraf.com ATƏT-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdəki sədri Dağlıq Qarabağ məsələsinə dair danışıqlardakı konstruktiv ab-havanı, liderlərin bu münaqişəni sülh yolu ilə həll etməyə sadiq olduqlarını alqışlayıb.

“Biz bu barədə müsbət fikirdəyik və danışıqlar prosesini, atəşkəs rejiminin gücləndirilməsinə, humanitar müstəvidə tədbirlər görülməsinə dair liderlərin öhdəliklərini tam şəkildə dəstəkləyirik”, – M.Layçak bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər