15 Aprel 2019 17:01
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə NATO arasında mülki və hərbi sahə üzrə əməkdaşlıq tamamilə dayandırılıb”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb. A.Qruşko bildirib ki, münasibətlərdə yaranmış böhranlı vəziyyətdən çıxış üçün NATO-nun heç bir planı yoxdur.

Nazir müavini qeyd edib ki, rəsmi Moskva Şimali Atlantika Alyansı ilə yarana biləcək hərbi münaqişədən yayınmağı bacaracaq. O, hərbi blokla Rusiya arasında münaqişənin bəşəriyyət üçün fəlakət ola biuləcəyinin vurğulayıb. A.Qruşko deyib ki, NATO-nun hərbi xərcləri Rusiyanın hərbi büdcəsindən 22 dəfə çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər