4 May 2019 10:13
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Rusiyanın Cənubi Qafqazdakı nökəridir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ukraynalı deputat Mustafa Nayemin Ermənistana buraxılmaması məsələsini şərh edib:

“Ermənstanın Rusiyanın qulu olduğuna dair növbəti hadisə baş verib. İrəvanda keçirilən beynəlxalq konfransda ukraynalı deputat Mustafa Nayem iştirak etməli imiş, o bu məqsədlə İrəvana gedib, ancaq sərhəddə ona deyiblər ki, ölkəyə buraxmayacaqlar. Saatlarla gözlədiblər, Ukrayna səfirliyi işə qarışdıqdan sonra Nayemi çox çək-çevirdən sonra ölkəyə buraxıblar.

Soruşa bilərsiniz ki, Rusiyanın bu məsələyə nə dəxli var?

Məsələ burasındadır ki, Rusiya sərhədçiləri Ermənistanın yalnız Türkiyə və İranla quru sərhəddində keşik çəkmirlər, İrəvan hava limanı da onların nəzarətindədir, çünki hava limanı sərhəd qapısıdır.

Maraqlı durumdur, rusiyalı sərhədçilər ukraynalı deputatı Ermənistana buraxmırlar. Nahaq yerə Rusiya Dövlət Dumasının keçmiş sədri Boris Qrızlov çaşıb sözün düzünü bu şəkildə deməmişdi: “Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur”.

Əslində “nökəridir” desəydi daha doğru olardı. Bütün əmrləri Moskvadan alan İrəvan elə buna görə də Azərbaycan torpaqlarının işğalına son qoymur. Çünki Moskva bu məsələdə israr etmir, məsələ bu qədər sadədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər