6 May 2019 13:29
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir vaxtlar əməkdaşı olduğum Azərbaycan Televizyasında doğma təşkilat kimi baş verənlər mənim də diqqətimi çəkir. Son üç ayda AzTV-nin ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) fəaliyyətində ciddi dəyişikliklər, islahatlar hiss olunur. Xüsusilə yeni studiyaların təqdimatı, mövzuların əhatəliliyinin daha da genişləndirilməsi, verilişlərin rəngarəngliyi, formaca müasir, məzmunca milliliyi və eyni zamanda ciddi kadr islahatları ilk diqqətə çarpan məqamlardır. Bununla belə, bu islahatlara əsaslanaraq daha bir sıra yenilikləri, xüsusilə də bədii verilişləri və xəbərləri Azərbaycan Televizyasında görmək istərdik”.

Bunu xalq yazıçısı, tanınmış jurnalist, deputat Elmira Axundova bildirib.

Azərbaycan Prezidentinin QSC-nin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı iki ay əvvəl 3 milyon manat ayırdığını xatırladan E.Axundova deyib ki, son üç ayda aparılan islahatlar fonunda peşəkar kadrların AzTV-yə cəlb olunması, bir sıra mütəxəssislərin yenidən televiziyaya qaytarılması təqdirəlayiqdir.

Deputat vurğulayıb ki, məhz peşəkarların cəlb olunması verilişlərin məzmun və formatında özünü biruzə verir, tamaşaçıların bədii zövqünün formalaşmasına mühüm təsir göstərir: "Peşəkarların televizyaya cəlb edilməsinin geniş miqyası elə peşəkar yanaşmadır. Xüsusilə “Xəbərlər” studiyasının yenilənməsi, təqdimat formatının tamam müasirləşdirilməsi, sərbəstlik, yeni rənglilik, “Xüsusi reportaj” layihəsi audutoriyada geniş marağa səbəb olub. “Xəbərlər”in çəkiliş qrupunun ayrı-ayrılıqda, birbaşa yayıma çıxmaq üçün texniki avadanlıqla təminatı, informasiya proqramları studiyasının tam olaraq rəqəmsal və “lentsiz texnologiya”ya keçidi, qeyri-xətti montaj və kompüter qrafikası stansiyalarının tətbiq edilməsi bir peşəkar jurnalist kimi diqqətimi çəkir. Ümmiyyətlə, seyr etdikcə studiyalar yeni formatda göz oxşayır. Siyasi verilişlərdən “Rakurs”, “Planet” kimi proqramların yeni studiyalarda təqdim edilməsi maraqlıdır. “Nəsillərin debatı” və digər bir sıra yeni verilişlərin müasir formatda təqdimatı, qonaqların müxtəlifliyi tamaşaçıların diqqətini daha da çoxaldır. Verilişlərin mövzularında media, internet, sosial media və sair haqqında mövzuların dinamikliyi seyrçi marağına səbəb olur. Çox istərdik və ümid edirik ki, bu dinamika ilə xəbərlərin təqdimatında mövzuların daha da çeşidliyi artacaq və rəsmi xronika ilə mütənasiblik təşkil edəcək”.

E.Axundovanın sözlərinə görə, “Mədəniyyət” kanalında da istər verilişlər, istərsə də xəbərlərin təqdimatında baş verən yeniliklər diqqət çəkir: “Bədii-estetik cəhətdən AzTV-nin əvvəlki ənənəsinin qayıtması, xüsusilə bu günlərdə keçmiş tanınmış diktorların dəvət olunaraq onlarla görüş keçirilməsi, fikir mübadiləsi aparılması Azərbaycan Televizyasının yeni fəaliyyətinin gələcəyi ilə bağlı böyük ümidlər yaradır”.

Tanınmış jurnalist Azərbaycan Televizyasının yeni rəhbrliyinin həyata keçiriyi bu və ya digər islahatların tamaşaçılarda böyük ümidlər yaratdığını diqqətə çatdırıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər