"Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin bərpa olunmasını alqışlayıram”.
Bunu Gürcüstan prezidenti Salome Zurabişvili rəsmi “Facebook” səhifəsində yazıb.
Dövlət başçısı prosesin tezliklə nəticə verəcəyinə əminlik ifadə edib: “Əminəm ki, tərəflər iki ölkə arasında uzun illər davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini rəhbər tutacaqlar”./Report/