19 İyun 2019 21:55
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" mikrobloqunda yazıb.

Onun sözlərinə görə, tərəflər görüş zamanı bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər:

"Xarici İşlər naziri Elmar Məmmədyarov və Con Bolton Ermənistan və Azərbaycan arasındakı münaqişənin nizamlanmasının hazırki mərhələsi, həmçinin mahiyyəti üzrə danışıqların irəli aparılması imkanları, eləcə də regiondakı vəziyyət də daxil olmaqla müxtəlif məsələlər üzrə müzakirələr və fikir mübadiləsi aparıblar".


Müəllif: Teleqraf.com