Yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Bunu Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyan sentyabrın 6-da Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
“Görüş planlaşdırılır. O, yaxın günlərə nəzərdə tutulub. Ancaq görüşün tarixinin eyni vaxtda açıqlanması ilə bağlı razılaşma var. Mən də XİN başçıları və ATƏT-in Minsk qrupu həmsədrlərinin razılaşmasını pozmaq istəmirəm”, - deyə o vurğulayıb./report/