17 Sentyabr 2019 16:09
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, bu oyunun arxasında ABŞ və İsrail cütlüyü durur. Çünki ABŞ-ın dövlət büdcəsində gəlirin yarıdan çoxu silah satışındandır. ABŞ artıq ölkə daxilində silah sata bilmir, sata biləcəyi ölkələrə də artıq satıb. Bu saat ABŞ-a yeni və böyük bazar lazımdır. Böyük pullar da Səudiyyə və ona yaxın ölkələrdədir.

Bu sözləri Teleqraf.com-a Səudiyyə Ərəbistanının neft quyularına edilən dron hücumu və buna görə ABŞ-ın İranı ittiham etməsini şərh edən politoloq Cümşüd Nuruyev deyib.

Politoloq əlavə edib ki, Yəməndə husilərin əlində dronların olması əslində mümkünsüz görünür: “Əvvəla, husilər mübarizə aparsa da, maliyyə baxımdan zəifdirlər və aсından ölürlər. Yəməndə faktiki aclıq hökm sürür. İkincisi, bu dronların Yəməndən qalxıb Səudiyyənin neft şirkətinə məxsus neft yataqlarına zərbə endirməsi üçün 100 kilometrlərlə hərəkət etməsi lazımdır. Bu da real görünmür. Hesab edirəm ki, bu, sadəcə öncədən hazırlanan ssenaridir. Bu fitnəni ABŞ özü hazırlayıb və 11 sentyabr terror hadisəsi kimi bir şeydir. O zaman 11 sentyabr hadisəsi baş verdi və ABŞ Əfqanıstana daxil oldu. İndi ABŞ qərar verib ki, heç bir dövlətin ərazisinə girməsin. Məncə, ABŞ müharibələri kənardan seyr edəcək. Başqa sözlə, müsəlmanı müsəlmana qırdıracaq. Bu dəqiqqə Səudiyyə Ərəbistanında hakimiyyət uğrunda mübarizə var, kral taxt-tacını oğlu Məhəmmədə ötürmək istəyir. Bu prosesdə ölən də, öldürən də müsəlmandır. ABŞ-a bu cür sərfəlidir. Əsas odur ki, müharibədə ABŞ silah sata biləcək, özü də yağlı ölkə Səudiyyəyə”.

Cümşüd Nuriyev əlavə edib ki, indi İranda, ABŞ və Rusiyada, eləcə Səudiyyə Ərəbistanında daxili gərginlik var. Ona görə də belə addımlarla daxili problemləri xarici müharibələrə kökləmək praktikası var: “Mən demirəm ki, sabah İrana qarşı müharibə başlayacaq, amma müharibə ehtimalı var.Və müharibə başlasa, bu, ABŞ-la İsrailin maraqlarına xidmət edəcək. Digər tərəfdən, neftin də dünya bazarında qiyməti çox qalxıb. Bu şəkildə davam etsə, dünya bazarında qiymət qalxacaq. Səudiyyə günlük 7,5 milyon barel nefti bazara çıxara bilmədiyi üçün qiymətlər qalxacaq. İndiki şəraitdə bu həm Rusiyaya, həm də İrana xeyirdir. Əgər indi ABŞ bu hücuma görə İranı ittiham edirsə, deməli nəsə planı var. Bu həm də nisbətən ehtimal olunan Tramp-Ruhani görüşünün üzərindən xətt çəkir”.

Sonda politoloq qeyd edib ki, İran Azərbaycana qonşu dövlətdir və İrana hücum bizim maraqlarımıza uyğun deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər