“Bu gün səhər Azər Qasımlı jurnalistləri yanına yığaraq canlı yayımda ReAl-dan getdiyini söylədi. Bu, mənim üçün gözlənilməz oldu”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası Ali Məclisinin üzvü Erkin Qədirli deyib.
“Əvvəl dediyim kimi, Azər ReAl-dan getmək istəyərsə, bu, onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı.
Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu. Bununla belə, dostluğumuz yerində qalır. Azərə bundan sonrakı işlərində uğurlar arzulayıram”, - Erkin Qədirli qeyd edib.
ReAL Partiyası Ali Məclisinin sədri Azər Qasımlı partiyada tutduğu postdan istefa verib.