26 Noyabr 2019 20:44
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri gözləniləndən də böyük maraq doğurdu.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Birinci vitse-prezidentin Rusiyaya səfərinin iqtisadi və humanitar sahələrdə əməkdaşlığa faydasından danışıb:

“Mehriban xanım Rusiyada ən yüksək səviyyədə qarşılandı. Prezident Vladimir Putin, Baş nazir Dimitri Medvedyev M.Əliyevanı qəbul etdi, senatın sədri onunla iki respublikanın regionlararası forumunda birgə iştirak etdi. Həmin forum həm Azərbaycan, həm də Rusiya üçün çox əhəmiyyətli nəticələrə səbəb oldu. İki ölkə arasındakı münasibətlərin dinamik inkişafına baxmayaraq, yeni hədəflərin müəyyənləşdirilməsinin vacibliyi qeyd edildi. Həmin hədəflər də xarici ticarət dövriyyəsinin indiki səviyyəsini 2.5 dəfə artırmağı nəzərdə tutur. Humanitar sahələrdə də uğurlu əməkdaşlıq gedir. Rusiya tərəfi Azərbaycanda həm Rusiyanın məşhur ali məktəblərinin filiallarını olmasını, həm də ali məktəblərdə, eləcə də orta məktəblərdə rus dilində şöbələrin omasını çox yüksək qiymətləndirdi. Bu məsələlərdə kifayət qədər prinsipial və ardıcıl mövqe nümayiş etdirilir”.

Q.Hüseynli Birinci vitse-prezidentin Rusiyaya səfərinin təkcə iqtisadi problemləri deyil, həm də ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı problemlərin həll edilməsində müsbət rol oynaya biləcəyini qeyd edib:

“Zənnimcə, ermənilərin bütün dünyada qaldırdıqları vay-şüvən fonunda bu səfərin əhəmiyyəti daha da yüksək nəzərə çarpır. Çünki Rusiya ilə münasibətlər və bu münasibələrin yüksək inkişaf səviyyəsinə qalxması ölkəmizin qarşısında duran təkcə iqtisadi problemləri deyil, həm də ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı problemlərin həll edilməsində müsbət rol oynayacağını söyləmək mümkündür. Hər halda çox uğurlu bir səfər həyata keçirilib. Səfər nəticəsində Azərbaycan-Rusiya münasibətlərinin yeni, daha yüksək keyfiyyətli mərhələsinə qalxacağını demək olar”.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva 20-25 noyabr tarixlərində Rusiya Federasiyasında rəsmi səfərdə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər