Slovakiyanın xarici işlər naziri Miroslav Layçak 27-28 noyabr tarixlərində Bakıya gələcək.
Teleqraf.com xəbər verir ki, Layçak səfər çərçivəsində həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədov tərəfindən qəbul ediləcək.
Bundan əlavə, xarici işlər naziri Slovakiyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak edəcək.