Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:
"Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm".