16 Yanvar 2020 16:09
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqinfo.az xəbər portalının baş direktoru Tural Məmmədov fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizədliyi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.

"Əziz dostlar, Sizinlə çox vacib bir xəbəri bölüşmək istəyirəm. Deputatlığa namizədliyimiz rəsmən qeydə alındı. Çevik və yeni təbliğat texnikalarından istifadə edəcəyik. Hər kəsə uğurlar".

Qeyd etmək lazımdır ki, Tural Məmmədov Heydər Əliyev ideyalarının təbliğində xüsusi fərqlənən ictimai-siyasi gənclərdən biridir.

T.Məmmədov bundan əlavə gənc tarixçi kimi Təhsil Nazirliyinin 1137 saylı əmri əsasında ilk dəfə "Azərbaycan tarixi "Abituriyentlər üçün dərs vəsaitinin müəlifidir. Gənc fəal həmdə natiqlik bacarığı ilə fərqlənir.


Müəllif: Teleqraf.com