84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov seçicilərlə görüşlərini davam etdirir.
Sumqayıt, Qaradag, Lökbatan və Şirvandan sonra bugün (22 yanvar 2020) Sabirabad rayonunun Şəhriyar qəsəbəsində məskunlaşmış seçicilərlə görüşən Vüqar Bayramov əvvəlcə tərcümeyi-halı haqqında danışıb, sonra gələcək planlarını seçicilərlə bölüşüb:
“Füzuli rayonunun Aşagı Güzlək kəndində dogulmuşam, ibtidai təhsilimi doguldugum kənddə, orta təhsilimi Füzuli şəhərində yerləşən Bünyad Sərdarov adına 1 nömrəli orta məktəbdə, sonra isə Bakıdakı Fizika-riyaziyyat təmayüllü internet məktəbində almışam. İqtisad Universitetində təhsil aldıqdan sonra Kanadada təhsil proqramında iştirak etmişəm, Vaşinqton Universitetində oxumuşam. Bir çox dövlət proqramlarının, mexanizm və konsepsiyaların hazırlanmasında iştirak etmişəm.
Fəaliyyət planımın əsas istiqaməti məcburi köçkünlərin problemlərinə yönəlib. Mən də məcburi köçkün həyatı, çətinliklər yaşamışam. Düşünürəm ki, iqtisadi biliklərim, iqtisadi sahədəki fəaliyyətim və seçdiyiniz təqdirdə parlament səviyyəsində təmsil olunmağım problemlərinizin həllində mənə yeni imkanlar açacaq. Bakıda oturmaqla regionlarda yaşayan insanların problemlərini müəyyənləşdirmək olmur. İnsanların çətinliklərini öyrənmək üçün daim onlarla ünsiyyət qurmaq, onların yanında olmaq lazımdır. Sizi aktiv şəkildə seçkilərdə iştirak etməyə dəvət edirəm. Əminəm ki, gələcəyiniz naminə layiqli namizədə səs verəcəksiniz.
Görüşdə çıxış edənlər Vüqar Bayramovun Füzuli rayonunu Milli Məclisdə layiqincə təmsil edəcəyinə, məcburi köçkünlərin problemlərinin həllinə yardımçı olacağına əminliklərini ifadə edib, ona seçki marafonunda ugurlar arzulayıblar.
Görüşdə Qarabağ qaziləri – Milli Qəhrəman Vahid Quliyev, Məmmədhəsən Həsənov iştirak edib, deputatlığa namizəd Vüqar Bayramov haqqında fikirlərini bölüşüblər. ATƏT-in Demokratik Təsissatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının nümayəndələri monitorinq məqsədilə görüşü müşahidə ediblər.