9 Fevral 2020 20:39
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ölkədə keçirilən parlament seçkiləri ilə bağlı exit-poll-un nəticələrini açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, təşkilatın baş direktoru Brüno Jan Bar 236 məntəqədə exit poll-u həyata keçirdikdiklərini açıqlayıb.

Onun sözlərinə görə, səsvermə hüququndan istifadə edib məntəqədən çıxan şəxsləri Azərbaycan dilində sorğu ediblər: "Ölkə üzrə məntəqələri təşkilatımızın özü müəytən edib. Exit-poll həm kənd, həm də şəhər məntəqələrində keçirmişik.

Anketdəki sualların cavablandırılması 5 dəqiqədən az vaxt alıb. 10119 nəfəri sorğu etdik. Bu nəticələrlə bütün dairələrdəki nəticələri qarşılaşdırmışıq.

Statistikamızda intervülərdən, eləcə də həm seçki məntəqələrində verilən məlumatlardan da istifadə etdik. Seçicilərin iştirak faizi 55, 60 faizdir. Əlimizdə hər dairə üzrə hansı namizədin liderlik təşkil etdiyinə dair siyahı var".

Teleqraf.com tədbirdən canlı yayımı təqdim edir:


Müəllif: Nərgiz

Oxşar xəbərlər