Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri tam şəffaf və demokratik təşkil olunub.
Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən növbədənkənar parlament seçkikəri ilə bağlı mətbuat konfransında Rusiya müşahidəçilər nümayəndəsinin rəhbəri Liliya Qumerova deyib.
O bildirib ki, 3 dairənin 11 məntəqəsinə baş çəkib: "Hər bir məntəqədə seçki prosesi yüksək səviyyədə, qanun çərçivədə və peşəkarlıqla təşkil olunmuşdur".