16 Fevral 2020 22:10
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Dağlıq Qarabağ Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb?”.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev dünən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsində Ermənistanın Baş Naziri Nikol Paşinyanı daha bir sualla çıxılmaz vəziyyətdə qoyub.

İ.Əliyev N.Paşinyanı tarixi faktlar qarşısında belə susdurub:

“Çünki paytaxtın qədim adı Xankəndidir – “Xanın kəndi”. “Stepanakert” o deməkdir ki, Şaumyanın adı Stepan idi, “kert” Ermənistanda şəhər deməkdir. Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və bu tarixi məsələ münaqişənin necə həll edilməli olduğunu başa düşmək üçün mühümdür”.

Qeyd edək ki, İlham Əliyevin Paşinyana keçdiyi tarix dərsi Türkiyə mediasında da böyük maraqla qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər