18 Fevral 2020 16:58
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan şikayəti MSK üzvü Bəxşeyiş Əsgərov çatdırıb.

Teleqraf.com xəbər verir ki, həmin seçki dairəsi üzrə namizəd olmuş İlqar Hüseynli, İltizam Əkbərli, Murad Fərzəliyevin şikayətinə baxılıb.

B.Əsgərov qeyd edib ki, İ.Hüseynli DSK-nın 4 məntəqə üzrə qərarını şikayətləndirib:

“Daha sonra onun MSK-ya göndərdiyi şikayətdə məntəqələrin sayı daha çox olub. İltizam Əkbərli də bir sıra məntəqələrdən şikayətini çatdırıb. Videogörüntülər araşdırılarkən, 2 məntəqədə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar müəyyən edilib. Bunlar 14 və 23 saylı məntəqələrdir. Əsas mübahisəli məsələ protokolların verilməməsidir”.

B.Əsgərov sosial şəbəkələrdə olan məlumatları və namizədlərin təqdim etdikləri görüntüləri araşdırdıqlarını bildirib:

“Bütün bu araşdırmalar nəticəsində ekspert qrupu bu qənaətə gəlib ki, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müəyyən olunub”.

Daha sonra bu mənətəqələrdə nəticələr etibarsız sayılıb.


Müəllif: Səxavət