MSK-nın iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizədlər Nazim Azadoğlu və Faiq Kərimovun şikayətlərinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçilər dairə üzrə lider namizədin xeyrinə səslərin şişirdildiyini bildiriblər.
T.Həsənov deyib ki, şikayət qismən təmin edilməlidir:
“Qanun pozuntuları yalnız 11 seçki məntəqəsi üzrə öz təsdiqini tapıb. Bunlar 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqləridir. Araşdırmaya 6 ədəd protokol daxil edilib. Bu məntəqələrdə seçicilərin iradəsini ifadə etməyə imkan verməyən pozuntular müəyyən edilib. Göstərilən pozuntular məntəqələrin 2/5 hissəsindən azını təşkil etdiyindən səsvermə bütün seçi dairəsi üzrə etibarsız sayıla bilməz”.
Müzakirədən sonra 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 11 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.