2 Mart 2020 17:22
4 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bəşər Əsədə “dayan” əmri verməsə, türk-rus hərbçiləri qarşı-qarşıya gələ bilər. Ya Bəşər Əsəd dayandırılmalı, ya da Rusiya Əsəd rejimi ilə Türkiyəni təkbətək qoymalıdır. Türkiyə ordusu artıq Əsəd ordusuna həlledici zərbələr endirib. Onlarla rejim və rus muzduları, “Vaqner” yaraqlıları məhv edilib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.

Politoloq vurğulayıb ki, öldürülənlər arasında “Vaqner” qruplaşmasının yüksək rütbəliləri də var:

“Suriya mətbuatının yazdığına görə, Nikolay Karskiy, Mixail Alekseyev, Qustaf Duqlas, Səməd Nodarov, Patrik Qordon və Yohan Ehrenorot məhv edilib”.

Əhəd Məmmədli qeyd edib ki, hücum zamanı yüksək rütbəli rus zabiti də ölüb:

“Türkiyə Silahlı Qüvvələri tərəfindən suriyalı generallar, o cümlədən “Hizbullah”ın bir komandanın, 10 üzvünün məhv edildiyinə, 50-nin yaralandığına dair xəbər yayılıb”.

O bildirib ki, PUA hava əməliyyatı ilə TSQ və Suriya Milli Ordusu Han es-Subüldən Serakib bölgəsinə 130 rejim ünsürünün, eləcə Əsəd rejiminin generallarından Hasan el-Hasan və Mahmud İsmailin həyatına son qoyulub.

Əhəd Məmmədli onu da vurğulayıb ki, Türkiyə İdlibi güzəştə getmək fikrində deyil və proseslərin inkişafı Kremlin addımlarından asılı olacaq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər