Hesab edirəm ki, koronavirus bəşəriyyətə qarşı müharibə elan edib. BMT üzvü olan dövlətlərin hər birində virus var.
Koronavirusa qarşı mübarizə, onun proqnozlaşdırılması yoxdur. Koronavirus faktiki bizə müharibə elan edib. Buna qarşı mübarizədə, ona qalib gəlmək üçün bəşəriyyət birləşməlidir. Biz iki virusa qarşı mübarizə aparırıq. Bunun biri koronavirus, digəri ermənilərdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında çıxışı zamanı komitə sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri vətəndaşlara müraciət edərək karantin rejiminə əməl edilməsinin vacibliyini vurğulayıb:
“Dövlət, cənab prezident, hörmətli vitse-prezident ciddi işlər görür. Hesab edirəm ki, qoyulan tələblərə əməl edilməlidir. Bəzilərində belə düşüncə var ki, qripdir keçib gedəcək. Yox. Vətəndaşlar dövlətin qərarlarına əməl etməlidir. Biz bu bəladan birlikdə çıxa bilərik”.