5 May 2020 13:09
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlimdə dəqiq məlumat yoxdur, amma həbs olunubsa, təəssüf edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu “Müsavat”ın canlı yayımında İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsinə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

“Bu, olmamalıdır. Ölkə prezidentinin bu insanlara, icra başçılarına göstərdiyi qayğıların müqabilində bu cür hallar baş verməməlidir. Deməli nöqsan var ki, belə hallar baş verir, həbslər olur. Deyir, od olmayan yerdən tüstü çıxmaz. Görünür nəsə var ki, belə addım atılıb”, - partiya sədri qeyd edib.

Əlavə edək ki, Hafiz Hacıyev Vilyam Hacıyevin əmisi oğludur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər