Ermənistanın baş naziri Nikol Paşinyanın babası almanların tərəfində döyüşüb.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı ekspert və ictimai xadim Dmitri Verxoturov deyib.
O bildirib ki, indiki baş nazirlə 1943-cü ildə həlak olmuş legioner arasındakı əlaqə şübhə doğurmur:
“Nikol Paşinyan 9 may ərəfəsində öz babası - Nikol Paşinyan barədə məlumatlar paylaşıb və onun Böyük Vətən Müharibəsində iştirak etmiş qəhrəman olduğunu deyib. Amma tezliklə, bir çox saytda dərc olunan sənədlər sayəsində məlum olub ki, baş nazirin babası almanlar tərəfində döyüşüb, digər sözlə, düşmən tərəfə keçib və nəticədə həlak olub. Dəfn kağızında legioner Nikol Paşinyanın tərcümeyi-halı ilə bağlı bir çox faktlar əks olunub. Kağızda göstərilib ki, o, 29 sentyabr 1943-cü ildə həlak olub, ölüm səbəbi qarın nahiyəsində olan güllə yarasıdır.
1943-cü ildə erməni legionu Vermaxta tabe olurdu və onun batalyonları SS strukturlarında təlim keçirdi. Legion əsasən erməni millətinə mənsub hərbi əsirlərdən təşkil olunmuşdu. Əksər vaxtlarda bu, könüllü əsaslarda təçkil olunurdu. Amma bu, legioner Nikol Paşinyana şamil edilmir. Dəfn kağızına əsasən, demək olar ki, o, könüllü şəkildə döyüşüb və xüsusi canfəşanlıqla özünü göstərib. İndi Novoqrad-Volınskda alman qəbiristanlığı yoxdur. Ərazi azad edildikdən sonra alman məzarlıqlar dağıdıldı. Amma yerli tarixi bilənlər, bu qəbiristanlığın harada olduğunu göstərə bilərlər”.