19 May 2020 11:36
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 31-də ermənilər Şuşada növbəti təxribata hazırlaşır. Onlar keçirdikləri "seçkilərin" saxta inaqurasiyasını təşkil etmək niyyətindədirlər. Sözsüz ki, bu hallar bizim hər birimizi, ictimaiyyətimizi narahat edir. Çünki işğal olunan bizim torpaqlardır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.

Deputat əlavə edib ki, bəzi qrupların, ələlxüsus xaricdə oturub əsassız yerə Azərbaycanı tənqid edən şəxslərin fəaliyyətində sui-istifadə hallarına rast gəlinir:

“Ermənilər niyə bu “tədbir”i Şuşada təşkil edirlər? Çünki martın 31-də keçirdikləri “seçkilər” fiakoya uğradı. Bütün beynəlxalq qurumlar, aparıcı ölkələr bu “seçkiləri” qeyri-legitim adlandırdı, bunun heç bir hüquqi nəticə yaratmadığını elan etdi. Məhz bu reaksiyalar göstərdi ki, dünya Ermənistanın apardığı işğalçı siyasətə yox deyir. Əlbəttə, bu Azərbaycan diplomatiyasının uğuru olmaqla yanaşı cənab prezidentin apardığı işin nəticəsi idi”.

Deputat deyib ki, daha çox işləməli, ordunu gücləndirməyə davam etməliyik:

“Bu gün Azərbaycan ordusunun başlatdığı təlimlər ermənilərə ən ciddi cavabdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər