Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Ölkə başçıları bir-birilərini Ramazan bayramı münasibətilə təbrik edərək, iki ölkə arasındakı birlikdən söhbət açıblar.
Telefon danışığı zamanı həmçinin koronavirus pandemiyasına qarşı birgə mübarizə və digər regional məsələlər müzakirə edilib.